FİA fərqli konfiqurasiyaları yoxlamağa hazırdır

Fərqli konfiqurasiyalarda və ya hərəkətin əksi istiqamətində yarış keçirilməsi barədə söhbətlər bəzi traslarda iki qran prinin baş tutacağı dəqiqləşəndən bəri gedir.

F-1.az xəbər verir ki, FİA-nın yarış direktoru Maykl Masi Speedcafe-ə verdiyi müsahibədə mümkün olduğu halda, federasiyanın bu yöndə addımlar atacağını bildirib.

Maykl Masi: “Reqlamentə görə, buna heç bir əngəl yoxdur. Təəssüf ki, Red Bull Rinq və Silverstounda fərqli konfiqurasiyaya imkan yoxdur, lakin bu cəhətdən imkanları geniş olan Sahir kimi traslarda niyə də yoxlamayaq? Vəzifəmiz yaxşı mövsüm təşkil etmək, imkan olduqda, yarışı tribunalardan və televiziyadan izləyənlər üçün yaxşı əyləncə tərtib etməkdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*