FİA falstartın nə olduğunu izah edib

Avstriya Qran Prisinin startında çoxlarına elə gəlmişdi ki, Bottas yerindən vaxtından əvvəl tərpənib. Fettel və Rikkardo bu barədə radiodan öz komandalarına dərhal məlumat vermişdilər.

F-1.az xatırladır ki, yarışın gedişində stüardlar ətraflı araşdırma aparmış və Mercedes-in finlandiyalı sürücüsünün qaydaları pozmadığını elan etmişdilər. Bu mövzu çox müzakirə olunduğundan, FİA stüardların mövqeyini ətraflı izah edib: “Falstartı müəyyən edən sistem maşının işıqforda sonuncu işığın yanması və işıqforun tam sönməsi arasındakı vaxt ərzində yerindən tərpənib-tərpənmədiyini qiymətləndirir. Biz əvvəldən müəyyən etmişik ki, bəzən sürücülər startdan əvvəl ilişmə muftasının sazlanmasında dəyişikliklər etdiyindən, işıqlar sönməmişdən çox cüzi hərəkətin olması normaldır. Bu sistem 20 ildir ki, istifadə olunur və etibarlı şəkildə işləyir.

Bugünkü hadisədə Valtteri Bottas startdan əvvəl yuxarıda qeyd etdiyimiz minimal həddi aşmayıb. Sadə dillə desək, o səliqəli davranıb və onun hesablaması uğurlu alınıb, çünki işıqların sönmə anınını yüksək dəqiqliklə hesablayıb. Startdan əvvəlki cüzi hərəkət isə icazə verilən məhdudiyyətə uyğun olub. İdman reqlamentinin 36.13 bəndində deyilir: “Falstarta görə 38.3c və 38.3d bəndlərində nəzərdə tutulan cərimələr FİA tərəfindən təqdim olunan və maşınlara quraşdırılan transponderlərdən alınan məlumatlara əsasən tətbiq edilir”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*