FİA falstart qaydasına da düzəliş edib

Bu il Çin Qran Prisində Sebastyan Fettel start sahəsində öz yerini tutmayaraq bir qədər mərkəzə doğru dayanmışdı.

F-1.az xatırladır ki, Ferrari-nin sürücüsü quru və təmiz trayektoriyaya yaxın olmaq üçün bu addımı atmışdı. Nəticədə FİA-nın falstart sistemi maşının hərəkətə başlama anını düzgün qeydə ala bilməmişdi. Fettelə qarşı heç bir cərimə sanksiyası tətbiq olunmamışdı, amma gələn ildən bu cür hərəkətlər elə falstart kimi qeydə alınacaqlar.

Formula1-in 2018-ci il İdman Reqlamentinin 36.13b bəndində deyilir ki, əgər FİA-nın qeydiyyatçı cihazı maşının hərəkət anını qeydə ala bilmirsə, bu hal da falstart kimi dəyərləndiriləcək.

Bu qayda pozuntusu üçün iki cərimə variantı nəzərdə tutulub: pit-leyndən keçmək və ya 10 saniyəlik dayan və get (Stop&Go).

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*