FİA əylənmə zonasında trayektoriyanı dəyişməyi qadağan edib

Cümə günü FİA-nın yarış direktoru Çarli Uaytinqin sürücülərlə keçirdiyi brifinqdə müdafiə taktikası geniş müzakirə obyekti olub: xüsusilə də Maks Ferstappenin tətbiq etdiyi taktikanın, yəni əylənmə zonasında trayektoriyanı dəyişmənin mümkün olub-olması təcrübəli və debütant sürücülərin fikir mübadiləsi ilə davam edib.

F-1.az xatırladır ki, brifinqdən sonra Karlos Sayns jurnalistlərə bildirmişdi ki, sürücülərin fikirlərini dinlədikdən, qeyd etdikdən sonra Uaytinq öz fikirlərini bildirib, şənbə günü axşam FİA-dan komandalara rəsmi təlimat göndərilib: FİA sürücülərin hərəkətinin təhlükəli olması bəndinə düzəlişlər edib.

Xatırladırıq ki, iki həftə əvvəl Mercedes komandasının stüardlara göndərdiyi protestdə istinad olunan maddəyə düzəliş edilib: “İdman reqlamentinin 27.5 maddəsində deyilir: “…maşını digər sürücülərə potensial təhlükə mənbəyi olan şəkildə idarə etmək olmaz”. Bundan başqa, 28.5 maddəsində “digər sürücülərə mane olacaq hər bir hərəkət, məsələn, hərəkət istiqamətinin anormal dəyişdirilməsi” də qadağan olunub.

Bütün bunları diqqətə alaraq və 27.6 maddəsində icazə verilən manevrləri istisna etməklə, bundan sonra əylənmə zonasında arxadakı sürücünün toqquşmadan qaçmaq üçün manevr etməsinə səbəb ola biləcək istiqamət dəyişmələri qaydalara uyğun hesab edilməyəcək, yəni potensial olaraq təhlükəli manevr adlanacaq. İstənilən belə bir manevr haqqında stüardlara dərhal xəbər verilməlidir”.

Eyni zamanda FİA dövrəvi sürücülərə mavi bayraqlar göstərilməsi qaydalarını da dəqiqləşdirib. Bundan sonra sürətli maşının dövrəvi maşına çatmasına 3 saniyə qalmış mavi bayraqlar göstəriləcək və komanda sürücüsünə bu barədə xəbər verərək təlimatlandıracaq. Sürücü isə sürətini azaltmaqla daha sürətli maşını buraxmalı olacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*