FİA elektron kitabxana yaradacaq

FIA 2024-cü ildə federasiyanın 120 illik yubileyi münasibəti ilə hər kəs üçün əlçatan olacaq elektron kitabxananın yaradılacağını elan edib.

F-1.az xəbər verir ki, federasiya avtoidman və mobillik irsini qorumaq üçün bütün arxivlərini rəqəmsallaşdıracaq. Rəqəmsal kitabxananın beta versiyası Bolonyada keçirilən FİA-nın Baş Assambleyasında üzv olan klublara təqdim edilib.

Muhamməd bin Sulayem: “Mən FIA-nın arxivləri və elektron kitabxanaların rəqəmsallaşdırılması layihəsini işə salmaqdan məmnunam. Bilirəm ki, bu, əməkdaşlarımız, klub üzvlərimiz, alimlərimiz, jurnalistlərimiz, tədqiqatçılar və motoridman həvəskarları üçün dəyərli mənbə olacaq. Kitabxana tarixi avtoidman və mobillik sənədlərinə asan giriş təklif etməklə, FIA-nı biliyə əsaslanan federasiyaya çevirmək kimi əsas məqsədimizi həyata keçirəcək”.

Mən bütün üzv klublarını bu gündən etibarən təqdim olunan beta versiyanı sınaqdan keçirərək öz rəylərini bildirməklə bizə qoşulmağa çağırıram – biz birlikdə FIA irsini gələcək nəsillər üçün qoruyub saxlayaraq effektiv və praktik alət yarada bilək”.

Arxivlərin rəqəmsallaşdırılması və elektron kitabxananın yaradılması layihəsi çərçivəsində FİA-nın Parisdəki baş qərargahında Maks Moslinin Memorial Kitabxanası tikiləcək. FIA əsrlik arxivlərin rəqəmsallaşdırılması zamanı aşkar edilmiş maraqlı hekayələri dərc edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*