F-1.az xatırladır ki, Mercedes-in baş hüquqşünası, daha sonra isə Toto Volffun xüsusi müşaviri olmuş mütəxəssisin bu təyinatı bəzi komandaların xoşuna gəlməmişdi. Xüsusilə də Ferrari rəhbərliyi bu məsələyə iradını bildirmişdi.
Artıq bu gün federasiyanın mətbuat xidməti rəsmi bəyanat yayıb – Şayl-Enn Rao vəzifəsindən azad olunub.
Mohamməd ben Sulayem: “FIA-dakı hər kəs adından federasiyamız üçün mühüm keçid dövründə motor idmanı üzrə müvəqqəti baş katib kimi əvəzsiz töhfəsinə görə Şayl-Ennə təşəkkür etmək istərdim. O, xüsusilə Formula1-lə bağlı məsələlərdə həmişə peşəkarcasına və dürüst davranaraq mənə böyük dəstək oldu”.