FİA cərimələrə aydınlıq gətirib

Keçən yarışda verilən 5 saniyəlik cəzanı pit-stop zamanı çəkən Fernando Alonsoya maşına vaxtından əvvəl müdaxilə edildiyi üçün daha 10 saniyə cərimə verilmişdi.

F-1.az xatırladır ki, daha sonra Aston Martin əvvəllər cəza verilməyən 7 ədəd oxşar hadisənin videogörüntülərini federasiyaya təqdim etmiş və cəza ləğv edilmişdi.

Melburnda komandalar FİA-nın idman direktoru Stiv Nilsendən göstəriş alıblar ki, gələcəkdə pit-stop zamanı cəzaları ödəyərkən maşın və ya sürücü ilə əllər, alətlər və ya avadanlıqlar, o cümlədən ön və arxa domkratlarla fiziki təmas cəzaya səbəb olacaq. Başqa sözlə, maşına hər hansı bir toxunuşa görə cərimə təyin olunacaq. Bununla belə, mexaniklərə ventilyatorların maşına fiziki toxunmaması şərti ilə soyutma işi görməyə icazə verilir.
Bundan əlavə, komandalara bir neçə müvəqqəti cəzanın çəkilməsi ilə bağlı aydınlıq gətirilib. Əgər sürücü, məsələn, əvvəl 5 saniyəlik, sonra isə 10 saniyəlik cəza alırsa, o zaman bir pit-stopda 15 saniyəlik cəriməni ödəyə bilər.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*