FİA çempionun müəyyən edilməsi qaydasını dəyişib

FİA-nın Ümumdünya Avtoİdman Şurası bu gün Parisdə keçirilən iclasında Formula1 komandaları assosiasiyasının (FOTA) təkliflərini müzakirə edərək, bu ildən çempionun müəyyən […]

FİA-nın Ümumdünya Avtoİdman Şurası bu gün Parisdə keçirilən iclasında Formula1 komandaları assosiasiyasının (FOTA) təkliflərini müzakirə edərək, bu ildən çempionun müəyyən edilməsi sistemini dəyişib. Bu il çempion tituluna mövsümdə ən çox qələbə qazanan sürücü sahib olacaq. Belə sürücülərin sayı çox olduqda həmin sürücülərin qazandıqları digər yerlər müqayisə olunacaq. İkinci yerdən başlayaraq qələbələrin sayı əhəmiyyət kəsb etməyəcək – sürücülərin və komandaların Mühəndislər Kubokunda yerləri xal çoxluğu ilə müəyyən ediləcək: xal hesablanma qaydası isə əvvəlki kimi saxlanılıb – (10-8-6-5-4-3-2-1). FOTA-nın təklif etdiyi (12-9-7-5-4-3-2-1) sxemi və Ekklstounun podium qazanan sürücülərə medal vermək təklifi dəstəklənməyib.

Bundan başqa digər düşəlişlər də tətbiq olunub:

Testlər

Komandalara gənc sürücülərin iştirakı ilə çempionat qurtardıqdan sonra dekabrın 31-inə kimi üç test seriyası keçirməyə icazə verilir. Bu zaman sükan arxasında son 24 ayda çempionatın iki yarışından çoxunda iştirak etməmiş və bu müddət ərzində Formula1 maşınını dörd gündən artıq test etməmiş sürücülər də otura bilər.

Komandalara yanvarın 1-dən çempionatın sonuna kimi FİA-nın məsləhət gördüyü düz yollarda və ya sabit radiuslu sahələrdə səkkiz birgünlük aerodinamik testlər keçirməsinə icazə verilir.

KİV

FİA hər bir Qran Prinin sıralanma turundan sonra maşınların tərəzidə çəki göstəricilərini dərc etməklə azarkeşlərə baklarda yanacağın miqdarı barədə məlumat veirr.

Vəziyyəti düzgün başa düşmək üçün yağış üçün təkərlər – “keçid təkərləri”, güclü yağış üçün təkərlər isə “yağış təkərləri” adlandırılacaq.

Sərbəst yürüşlərin ilk günü bütün sürücülər komandanın müəyyən etdiyi yerdə avtoqraf sessiyaalrı üçün hazır olmalıdırlar.

Sıralanma turunun hər bir sessiyasından sonra növbəti sessiyaya keçməyən sürücülər müsahibə verməyə hazır olmalıdırlar.

Yarış zamanı finişə çatmayan sürücülər boksa qayıdan kimi müsahibəyə hazır olmalıdırlar.

İlk üçlükdən başqa finiş görən hər bir sürücü dərhal finişdən sonra müsahibəyə hazır olmalıdırlar.

Yarış zamanı hər bir komanda ən azı bir nümayəndəsini akkreditə olunmuş KİV-ə müsahibə üçün göndərməlidir.

Honda Racing F1 komandasının adının dəyişdirilməsi

Honda Racing F1 komandası FİA-ya adının Brawn GP Formula One Team adına dəyişdirilməsi xahişi ilə müraciət edib. Ümumdünya Şurası bu müraciətə cavab olaraq bildirir ki, komandanın adı dəyişdirilsə də o çempionatın yeni iştirakçısı sayılacaq. Honda adı altında çıxış etməli olan komanda ilə müqavilə uzadılmayacq, amma Brawn GP ilkin üzvlük haqqını ödəməkdən azad edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*