FİA çempionatın Liberty Media-ya satılmasını təsdiq edib

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası dünən axşam növbədənkənar iclasında Formula1-in kommersiya hüququna sahib olan Delta Topco şirkətinin Liberty Media şirkəti tərəfindən alınmasını yekdilliklə təsdiq edib.

F-1.az xatırladır ki, bir gün əvvəl Liberty Media-nın səhmdarları bu sövdələşməni dəstəkləmişdilər.  Sövdələşmə tam başa çatdıqdan sonra Delta Topco-nun səhmlərinin hamısı Liberty Media Group-a keçəcək və şirkət Formula One Group adlanacaq.

Liberty Media-nın nümayəndələri Şuraya çempionatın idarəolunması üzrə öz strayegiyalarını təfərrütları ilə təqdim ediblər, Şuranın üzvləri onları maraqlandıran sualları veriblər – iclas konstruktiv keçib. Qərara alınıb ki, Delta Topco-nun FİA-ya məxsus olan səhmləri də CVC-də olduğu kimi eyni qiymətə və eyni şərtlərlə satılcaq.

FİA gələcəkdə də Formula1-in inkişafı naminə Liberty Media ilə konstruktiv əməkdaşlığa ümid edir. İdmana rəhbərlik barədə heç bir müzakirə olmayıb. Sövdələşməni isə martın sonuna qədər başa çatdırmaq planlaşdırılır…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*