F-1.az bildirir ki, nömrələr sürücülərin şəxsi arzularına görə təyin olunub, bu dəfə FİA komandaların istəkləri ilə maraqlanmayıb: sürücülər keçənilki çempionatda tutduqları yerə görə nömrə seçmək üstünlüyünə malik olublar – çempionun rəyi hamıdan üstün olub, vitse-çempion ikinci seçim hüququna malik olub və s. və i.a. Qarşıdakı mövsümün debütantları isə federasiyadan aldıqları superlisenziyanın tarixinə əsasən nömrə seçmək hüququ əldə ediblər.
Yeganə istisna isə çempionun “bir” nömrəsidir. Bu nömrə altında yalnız sonuncu dünya çempionu iştirak edə bilər. Əgər sürücü titulunu təsdiq edə bilməzsə, onda “bir” nömrə yeni çempiona keçir, titulu itirən sürücü isə əvvəlki nömrəsinə qayıdır – Sebastyan Fettel bu hal üçün 5 nömrəsini seçib…
Maraqlıdır ki, Pastor Maldonado 13 nömrəsini seçib, uzun müddət bu nömrə çempionatda istifadə olunmurdu. Maksimal nömrəni isə (99) Adrian Sutil seçib.
Lotus və Marussia komandaları siyahıya müvəqqəti daxil ediliblər, yəni FİA və FOM-la Razılıq müqavilələri təsdiq olunmayıb…
İnfiniti Red Bull Racing
Sebastyan Fettel – 1
Daniel Rikkardo – 3
Mercedes GP Petronas F1
Lyuis Həmilton – 44
Niko Rosberq – 6
Scuderia Ferrari
Fernando Alonso – 14
Kimi Rəykkönen – 7
Lotus F1 Team
Roman Qrojan – 8
Pastor Maldonado – 13
McLaren Mercedes
Censon Batton – 22
Kevin Maqnussen – 20
Sahara Force İndia F1 Team
Niko Hülkenberq – 27
Serxio Peres – 11
Sauber F1 Team
Adrian Sutil – 99
Esteban Qutyerres – 21
Scuderia Toro Rosso
Jan Erik Vern – 25
Daniil Kvyat – 26
Williams Team F1
Felipe Massa – 19
Valtteri Bottas – 77
Marussia F1 Team
Jül Byanki – 17
————
Caterham F1 Team
————-
————-
Üç sürücünün yeri vakantdır, komandalar bu sürücülərin adlarını elan etdikdən sonra yuxarıda qeyd olunan ardıcıllıqla nömrələri də təsdiq olunacaq…