F-1.az xəbər verir ki, federasiya 10 komandadan 7-nə uyğunluq sertifikatı təqdim edib və yalnız 3 komandanın hesabatında xətalar üzə çıxıb:
1. Aston Martin komandası maliyyə qaydalarının prosedur pozuntularına yol verdiyi müəyyən edilib;
2. Red Bull komandası maliyyə qaydalarının prosedur pozuntularına yol verdiyi və büdcə limitini cüzi aşdığı müəyyən edilib;
3. Williams komandası hesabatı vaxtında göndərməməklə prosedur pozuntularına yol verdiyi müəyyən edilib.
Hazırda federasiya Aston Martin və Red Bull komandaları ilə bağlı atılacaq növbəti addımları müəyyənləşdirir və əlavə məlumat qaydalara uyğun olaraq açıqlanacaq.