FİA bizim yarışa görə reqlamentdə dəyişiklik edib

Bu gün Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Parisdə yerləşən mənzil qərargahında Ümumdünya Avtoİdman Şurasının iclası keçirilib. İclasda vacib qərarlar qəbul edilib. "Formula1 Azərbaycanda" (www.F-1.az) saytı oxucuların marağını bilərək həmin qərarları nəzərinizə çatdırır...

Ümumdünya Şurası bir səs əleyhinə olmaqla FİA-nın prezidenti Jan Todta və FOM-un başçısı Berni Ekklstouna xüsusi səlahiyyətlər verib, bundan sonra onlar Formula1-in vacib problemləri üzrə məsləhətlər verməklə yanaşı qərar da qəbul edə biləcəklər. Vacib problemlərə isə çempionatın idarəolunması, güc qurğuları və məsrəflərin azaldılması aid edilib.

Todt və Ekklstoun bu məsələlər barədə son qərarlarını gələn il yanvarın 31-dək Şuraya təqdim etmək niyyətində olduqlarını bildiriblər.

Ümumdünya Şurası çempionatın İdman və Texniki reqlamentlərində bəzi dəyişiklikləri təsdiq edib:

TEXNİKİ REQLAMENT:

Qarşıdakı mövsümlər üçün güc qurğularının modernizə olunması üçün icazə verilən maddələrin sayı artırılıb: 2016-cı ildə 32, 2017-ci ildə 25, 2018-ci ildə 20, 2019-cu ildə 15 maddə üzrə dəyişiklik etmək mümkün olacaq.

Güc qurğusu üzrə istənilən yeni istehsalçı çempionatda debüt ilində 15, ikinci ilində isə 32 maddə üzrə dəyişiklik etmək hüququ əldə edir.

Təhlükəsizlik baxımından sürücünün başaltısının və sürücünün başının ətrafındakı elementlərin qalınlığı artırılacaq.

İDMAN REQLAMENTİ:

Ümumdünya Şurası komandaların istifadə etdikləri təkərlər tərkibində dəyişikliklərə icazə verib ki, 2016-cı ildə taktiki sxemlərdə müxtəliflik təmin olunsun, o cümlədən:

– indi quru hava üçün sliklər iki deyil, üç tərkibdə olacaq (UltrSoft əlavə olunur)

– Həftəsonuna hər bir sürücüyə 13 dəst slik təqdim olunacaq. Təkər təchizatçısı (Pirelli) bu dəstlərdən ikisini yarış üçün seçir və onlardan biri mütləq yarışın gedişində istifadə olunmalıdır. Ən yumşaq təkər dəstlərindən biri isə ancaq sıralanma turunun son sessiyasında istifadə oluna bilər. Bundan sonra hər bir sürücü təqdim olunan 3 tərkibdən 10 dəst təkər seçə bilər.

– Yarışın gedişində keçid və ya yağış tərkibləri istifadə olunan hallar istisna olmaqla, sürücü yarışın gedişində ən azı iki müxtəlif tərkibdən istifadə etməlidir və onlardan da birini təchizatçı təyin etməlidir.

Əgər yarışın gedişində Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olunubsa, onda rejim başa çatdıqdan dərhal sonra sürücülər artıq DRS sistemindən istifadə edə biləcəklər. Bundan başqa, VSC rejimi sərbəst yürüşlər zamanı da tətbiq oluna bilər ki, sessiyanın dayandırılması zamanı vaxt itkisi azaldılsın.

Əvvəlki mövsümlərdə istifadə olunmuş güc qurğuları FİA-ya təkrarən təqdim oluna bilər. FİA təsdiq edib ki, qarşıdakı mövsümdə Ferrari dördüncü müştəri komandasını 2015-ci ilin güc qurğusu ilə təchiz edəcək.

Mövsümün gedişində mərhələlərin maksimum sayı 20-dən 21-ə artırılıb (bu qərar bizim üçün çox önəmli idi, çünki 21-ci yarış məhz bizim ölkəmizdə debüt edəcək Avropa Qran Prisi idi). 2016-cı il mövsümünün təqvimi təsdiq olunub:

20 mart – Avstraliya Qran Prisi (Albert Park)
03 aprel – Bəhreyn Qran Prisi (Saxir)
17 aprel – Çin Qran Prisi (Şanxay)
01 may – Rusiya Qran Prisi (Soçi)
15 may – İspaniya Qran Prisi (Barselona)
29 may – Monako Qran Prisi (Monte Karlo)
12 iyun – Kanada Qran Prisi (Monreal)
19 iyun – Avropa Qran Prisi (Bakı)*
03 iyul – Avstriya Qran Prisi (Şpilberq)
10 iyul – Böyük Britaniya Qran Prisi (Silverstoun)
24 iyul – Macarıstan Qran Prisi (Hunqarorinq)
31 iyul – Almaniya Qran Prisi (Hokkenhaym)
28 avqust – Belçika Qran Prisi (Spa)
04 sentyabr – İtaliya Qran Prisi (Montsa)
18 sentyabr – Sinqapur Qran Prisi (Marina Bey)
02 oktyabr – Malayziya Qran Prisi (Sepanq)
09 oktyabr – Yaponiya Qran Prisi (Suzuka)
23 oktyabr – ABŞ Qran Prisi (Ostin)**
06 noyabr – Meksika Qran Prisi (Mexiko)
13 noyabr – Braziliya Qran Prisi (San Paulu)
27 noyabr – Əbu Dabi Qran Prisi (Yas Marin)
Qeyd: * – Bakıda yarışın vaxtı 24 saatlıq Le Man yarışının finişinə uyğun irəli çəkiləcək
** – promouterlə razılaşdırılacaq, çünki əvvəlki yarışın haqqı hələ ödənilməyib…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*