FİA: Bəhreyn Qran Prisi vaxtında keçiriləcək

Bu gün səhər tezdən FİA bir daha təsdiq edib ki, mövsümün dördüncü yarışı Saxir trasında təqvimdə nəzərdə tutulduğu tarixdə – […]

Bu gün səhər tezdən FİA bir daha təsdiq edib ki, mövsümün dördüncü yarışı Saxir trasında təqvimdə nəzərdə tutulduğu tarixdə – aprelin 20-22-də keçiriləcək. Bəhreyndə yarışın keçirilməsi ölkədə baş verən iğtişaşlar üzündən son ana qədər sual altında idi. Keçən il əvvəlcə yarış təxirə salındı, sonra isə ləğv olundu, amma bu dəfə qərara alınıb ki, ölkədəki vəziyyət komanda üzvlərinin və azarkeşlərin təhlükəsizliyinə problem olmaycaq və Qran Pri vaxtında baş tutacaq.

FİA-nın yaydığı rəsmi bəyanatda deyilir: “FİA bütün avtomobil idmanı üçün rəhbər orqan sayılır, eyni zamanda Formula1 çempionatı üçün də. Məhz buna görə də, FİA bu çempionatın təqvimini təsdiq edir, hər bir yarışın təhlükəsizlik məsələlərini isə yerli hökumətlər öz üzərlərinə götürürlər.

Bu kontekstdə FİA hər bir yarışın federasiyanın nizamnaməsinə, müvafiq texniki və idman reqlamentlərinə uyğunluğuna nəzarət edir, həmçinin, azarkeşlərin, rəsmi şəxslərin, sürücülərin və komandaların yarış zamanı təhlükəsizliyini təmin edir.

FİA Bəhreyn hökumətinin təqdim etdiyi məlumatı təhlil edib, eyni zamanda özümüz müstəqil şəkildə Bəhreyndəki vəziyyəti də qiymətləndirmişik.

Federasiyanın prezidenti Jan Todt keçən ilin noyabrında Krallığa təftiş səfərinə başçılıq etmişdi, həlledici şəxslərlə – parlamentə seçilmiş şiələrlə, Bəhreyn Müstəqil Araşdırmalar komissiyasının prezidenti ilə, Avropa dövlətlərinin səfirləri ilə, vəliəhdlə, daxili işlər naziri ilə görüşmüşdü.

Bütün bu şəxslər 2012-ci ildə Qran Prinin keçirilməsini dəstəkləmişdilər, bundan sonra FİA bütün maraqlı tərəflərlə sıx əlaqə saxlayırdı. FİA Krallıqda yaşayan rəsmi diplomatlarla, müstəqil ekspertlərlə mütəmadi olaraq əlaqə saxlayıb.

2012-ci il mövsümü üçün təqvim keçən ilin sentyabrında təsdiq olunmuşdu, həmin tarixdən bu günə qədər FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası Bəhreyn Qran Prisinin təxirə salınması və ya ləğv olunması barədə heç bir məlumat almayıb.

Ona görə də, hazırda əlimizdə olan məlumatlara əsaslanaraq, biz əminik ki, Formula1 çempionatının Bəhreyn mərhələsinin təhlükəsiz keçirilməsi üçün zəruri olan bütün tədbirlər görülüb.

Beləlik, FİA bir daha təsdiq edir ki, 2012-ci il Bəhreyn Qran Prisi aprelin 20-22-də Saxir trasında keçiriləcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*