FİA Aston Martinin şikayətinə baxacağı tarixi açıqlayıb

Aston Martin komandası Fettelin Macarıstandakkı ikinciliyini bərpa etmək üçün apellyasiyaya müraciət ediblər

Sonuncu Macarıstan yarışının finişindən sonra stüardlar Sebastyan Fettelin nəticəsini ləğv edərək sürücünün adını protokollardan xaric etmişdilər. Buna səbəb sürücünün maşınında təftiş üçün lazım olan 1 litr yanacağın olmaması idi.

Aston Martin komandasının başçısı Otmar Safnauer qərardan narazı qaldıqlarını dərhal bildirmişdi və maşında telemetriyaya görə 1.4 litr yanacağın qaldığını söyləmişdi.

Bundan sonra FİA almaniyalı sürücünün maşınını müsadirə etmiş və özü ilə Fransadakı qarajına aparmışdı. Daha sonra komanda rəsmən stüardların qərarından şikayət etmişdi. Bu gün isə FİA açıqlayıb ki, komandanın şikayətinə bazar ertəsi, avqustun 9-da baxacaq. Əgər bu mövzuda komandanın əsaslı, tutarlı yeni məlumatı olmasa, stüardların qərarı qüvvədə qalacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*