Melburnda uik-end başlamazdan əvvəl FİA arxa antiqanadın hərəkətli elementindən istifadə edərkən ötmə zonasının yerini və maşınlar arasında intervalın ölçülməsi yerini dəqiqləşdirib.
Ötmə zonası artıq sonuncu döngənin girişində başlayır, yəni sürücülər artıq düz yola çıxmazdan öncə antiqanadın elementinin hücum bucağını dəyişməklə sürət üstünlüyü qazana bilərlər. Düzdür, bunun üçün hər şeydən əvvəl 14-cü döngədən əvvəlki iki xətt arasında maşınlar arasındakı fərq bir saniyədən az olmalıdır.
Bu dəyişiklikdən sonra ötmə zonasının uzunluğu 867 metrə çatıb…