Avstraliya Qran Prisinin təşkilatçıları son yarışın təcrübəsini nəzərə alıblar, keçənilki yarışda Timo Qlok ciddi qəzaya uğramışdı, həmin yerdə trasın konfiqurasiyası bir qədər dəyişdirilib – bu barədə FİA-nın saytında məlumat yerləşdirilib.
Keçən il Qlok öz Toyota-sını sürətli 12-ci döngədə saxlaya bilməmişdi və onun maşını porebriklərin üstündən havaya qalxmışdı. Nəticədə alman sürücü Avstraliyanı biləyi sarğılı tərk etmişdi, amma aldığı zədə ciddi olmamışdı və Timo növbəti yarışın startına çıxa bilmişdi.
FİA təsdiq edib ki, 12-ci döngənin çıxışında tras hamarlanıb, həmçinin 6-cı və 12-ci döngələrin çıxışında porebriklər və süni otluq sahə uzadılıb.