F-1.az xəbər verir ki, bugünkü sərbəst yürüşlərdən əvvəl həmin porebriklərə düzəliş edilib. FİA-nın dərc etdiyi məlumatda deyilir: “Səkkizinci döngənin apeksindəki porebrik qısaldılıb, trasın kənarı dəyişdirilib. Həmin döngənin çıxışında əlavə TecPro baryerləri quraşdırılıb”.
FİA 8-ci döngədəki porebrikləri dəyişib
Cümə günü baş tutan sərbəst yürüşlərdə Serxio Peres və Colion Palmer səkkizinci döngədə qəza etmişdilər. Sürücülər porebriklərin hündür olmasından şikayətçi idilər.