FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası bu gün gələn ilin təqviminin ilkin versiyasını təsdiq edib. Təqvimə rekord sayda yarış daxil edilib – 21, mövsüm martın 11-də Bəhreyndə başlayıb noyabrın 31-də Braziliyada başa çatacaq.
Yay fasiləsi saxlanılıb, amma yarışların çoxu cütləşdirilib. Yalnız Türkiyə yarışı təqvimə müvəqqəti daxil edilib – müqavilə hələ imzalanmayıb, yerdə qalan mərhələlər, o cümlədən, Ostində ABŞ Qran Prisi artıq təsdiq olunublar…
1. Bəhreyn Qran Prisi – 11 mart
2. Avstraliya Qran Prisi – 18 mart
3. Malayziya Qran Prisi – 01 aprel
4. Çin Qran Prisi – 08 aprel
5. Koreya Qran Prisi – 22 aprel
6. Türkiyə Qran Prisi – 06 may (mərhələ hələ təsdiq olunmalıdır)
7. İspaniya Qran Prisi – 20 may
8. Monako Qran Prisi – 27 may
9. Kanada Qran Prisi – 10 iyun
10. ABŞ Qran Prisi – 17 iyun
11. Avropa Qran Prisi – 01 iyul
12. B.Britaniya Qran Prisi – 15 iyul
13. Almaniya Qran Prisi – 29 iyul
14. Macarıstan Qran Prisi – 05 avqust
15. Belçika Qran Prisi – 02 sentyabr
16. İtaliya Qran Prisi – 09 sentyabr
17. Sinqapur Qran Prisi – 30 sentyabr
18. Yapniya Qran Prisi – 14 oktyabr
19. Hindistan Qran Prisi – 28 oktyabr
20. Abu Dabi Qran Prisi – 11 noyabr
21. Braziliya Qran Prisi – 25 noyabr