Fettelin motivasiyası yenidən qayıdıb

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, son yarışdakı yaxşı nəticələr Fettelin motivasiyasını artırıb.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu avqust ayında təqaüdə çıxacağını demişdi. Lakin yay tətilindən sonra Fettel sözün əsl mənasında köhnə günlərinə qayıdıb. Almaniyalı pilot Sinqapur, Yaponiya və ABŞ yarışlarında xal qazanıb.

Mayk Krek: “Fettel formasının zirvəsindədir. Bolidin sürətlənməsi və nəticələrin yaxşılaşması motivasiyasını artırdı. Onu belə görmək gözəldir.

Meksikadan sonra onu ofisdən qovmalı olduq. Yoxsa oturub məlumatları təhlil edirdi və evə getmək istəmirdi. O özünü idmandan gedən sürücü kimi aparmır. Hələ də yarışmaq istəyi var. Komandamız mövsümü yaxşı yerdə bitirsin deyə əlindən gələni edir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*