Fetteldən əsas rəqibinin evində inamlı qələbə!

Mövsümün 10-cu yarışı olan Britaniya Qran Prisi başa çatıb. Yarışa pouldan başlayan Lyuis Həmilton bu üstünlüyünü qoruya bilməyib.

F-1.az xəbər verir ki, daha yaxşı start alan Sebastyan Fettel ilk döngəyə lider kimi girib. Həmilton üçün isə start uğursuz alınıb – Fettelə keçilmək azmış kimi, Rəykkönenlə toqquşan britaniyalı peletonun gerisinə düşüb. Fettel ikinci yerdəki Bottasla fərqin azalmasına imkan verməyib, Həmilton isə ardıcıl ötmələrlə yüksəlib.

Yarışın 31-ci dövrəsində Eriksson qəza edib və təhlükəsizlik maşını trasa daxil olub. Mercedes sürücüləri pit-stopa yollanmasalar da, digər top komanda sürücüləri bu imkandan yararlanıblar. Restart 37-ci dövrədə verilib, lakin bir dövrə sonra Saynsla Qrojan toqquşduğu üçün sürücülər yenidən Bernd Maylanderi izləməli olublar.

Restartdan sonra lider Bottasa hücumlar edən Fettel, nəhayət ki, onu keçməyə nail olub. Həmilton da komanda yoldaşını ötməkdə çətinlik çəkməyib. Son yarışların qəhrəmanı Rəykkönen də podiumun son pilləsi uğrunda mübarizədə həmyerlisinə qalib gəlib. Bundan sonra Kimi Həmiltona yaxınlaşsa da, hücum üçün vaxt qalmayıb.

Sebastyan Fettel mövsümdə dördüncü qələbəsini qazanaraq liderliyini bir qədər də möhkəmləndirib. Növbəti yarış iki həftə sonra Almaniyada keçiriləcək.

Britaniya Qran Prisi barədə geniş məlumat daha sonra F-1.az-da…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*