F-1.az Skuderiyanın mətbuat xidmətinə istinadən bildirir ki, almaniyalı sürücü mühəndislər və komandanın başçısı Mattia Binotto ilə qarşıdakı mövsümü müzakirə etməklə bir neçə görüş keçirib.
Görüşlərdən əlavə, Sebastyan adı indiyədək gizli saxlanılan yeni Ferrari maşınını da nəzərdən keçirib və oturacağını sazlamaq üçün ənənəvi prosedurundan keçib.
Sonda isə xatırladaq ki, qarşıdakı mövsüm Ferrari-də Sebastyan üçün altıncı olacaq, yeni maşının təqdimatı isə fevralın 11-nə planlaşdırılıb.