Fettel yeni maşına ad qoyub

Ferrari-nin sürücüsü Sebastyan Fettel bu il də ənənəyə sadiq alıb - dördqat dünya çempionu mexanikləri ilə müzakirələrdən sonra yeni maşına ad qoyub.

F-1.az bildirir ki, Red Bull komandasında çıxışı zamanı ingilis və alman adlarından istifadə edən Sebastyan qırmızı maşınlara italyan xanım adlarını verməyi sevir. Bu dəfə o, SF1000 üçün Luçilla adını seçdiyini elan edib.

Xatırladaq ki, əvvəlki illərdə Sebastyan maşınlarına Culi (Julie, 2008), Keyt (Kate, 2009), Dəliqanlı Məndi (Randy Mandy) və Şirin Liz (Luscious Liz, 2010), Ehtiraslı Kayli (Kinky Kylie, 2011), Əbbi (Abbey, 2012), Ac Haydi (Hungry Heidi, 2013), Syuizi (Suzie, 2014), Həvva (Eva, 2015), Marqarita (Margherita, 2016), Cina (Gina, 2017), Loriya (Loria, 2018) və Lina (2019) adlarını qoymuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*