Fettel Mercedes-ə keçmək üçün danışıqlar aparıbmış

Beyond The Grid podkastında Sebastyan Fettel etiraf etdi ki, Ferrari-də olarkən Niki Lauda ilə Mercedes-ə keçmək üçün danışıqlar aparıb

F-1.az xəbər verir ki, keçid reallaşsaydı, Fettel həmyerlilərinin komandasında Lyuis Həmiltonun ortağı olacaqdı.

Sebastyan Fettel: “Şans var idi, bu barədə Niki ilə danışdım, amma bu hələ Ferrari-də olduğum dövrün ortasında idi. Həm də Mercedes üçün bu o qədər də maraqlı deyildi – Mercedes-də Lyuis birinci nömrə idi və əmin deyiləm ki, onlar ikimizi də komandada görmək istəyirdilər. Özüm də ayrılmaq istəmədim, çünki Ferrari-yə sadiq idim.

Lyuisin komanda yoldaşı olmaq asan deyil, onunla eyni maşında yarışmaq istərdim, amma o vaxt Ferrari ilə titul qazanmaq istəyirdim, komanda dəyişmək istəmirdim, ona görə də bu keçid baş tutmadı.

Son vaxtlar Lyuislə yaxşı münasibətimiz var. Dönüş nöqtəsi 2017-ci ildə Bakıda keçirilən yarış oldu, burada bizim aramızda indi “anlaşılmazlıq” adlandırıla biləcək bir hadisə baş vermişdi.

Mənə elə gəldi ki, Lyuis mənimlə “əyləc testi” etmək qərarına gəlib. İşlərin istədiyim kimi getmədiyi anlardan biri idi. Əsəbiləşdim və emosiyalarımı idarə edə bilmədim. Bu hadisə bizi bir-birimizdən daha da uzaqlaşdıra bilərdi, amma əksinə oldu – bizi yaxınlaşdırdı. Tezliklə etiraf etdim ki, qeyri-idman hərəkətinə yol vermişəm, danışdıq və o vaxtdan bir-birimizə daha da yaxınlaşdıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*