Fettel Leklerə güvənməməlidir

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Fettel artıq Leklerə güvənməməlidir.

F-1.az xatırladır ki, monakolu sürücü son iki yarışda parlaq qələbələr qazandığı halda, Fettel bu il hələ də qalib gələ bilməyib və hazırda turnir cədvəlində Leklerdən geridə qalır.

Jak Vilnöv: “Montsada hər şey aydın oldu və artıq Leklerə güvənə bilməyəcəyini anladı. Artıq Leklerin əsl rəqib olduğunu bilir. İndi isə özünə gəlməlidir. O, dördqat Dünya Çempionudur. Bunu unutmamalıyıq. Hazırkı tənqidlər haqsızdır. Təzyiq altında səhv etmək mümkündür. O, robot deyil, insandır. Sebastyan Fettelin üstündən xətt çəkmək olmaz”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*