Fettel karyerasını bitirməli idi

Formula1 üzrə üçqat Dünya Çempionu Ceki Stüart bildirib ki, Sebastyan Fettel karyerasını bitirsə daha yaxşı olardı.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu Sebastyan Fettel gələn il Aston Martin komandasında yarışacaq. Almaniyalı sürücü son iki ildə komanda yoldaşı gənc Şarl Lekleri uduzub.

Ceki Stüart: “O, idmanı çox sevdiyi üçün qalmaq qərarına gəldi. Sebastyanın gözəl karyerası var və əsl centlmendir. Fettel yarışmaqdan imtina edib, mənim gördüyüm işi görsə, sevinərdim. Yəni ki, yarışlara səyahət edib, beynəlxalq şirkətlərlə işləyə bilərdi. Fettel idmanımız üçün əla elçi olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*