F-1.az xatırladır ki, almaniyalı sürücü ilk sessiyanın bitməsinə 15 dəqiqə qalmış mühərrik problemi yaşayıb və bolidi saxlamalı olub. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Trasda maşın qalmayandan sonra Fettel skuterə minərək, boksuna qayıdıb. Lakin dördqat Dünya. Çempionunun bu hərəkəti stüardlar tərəfindən araşdırılmağa başlanıb, çünki heç bir sürücü yarış idarəçilərindən icazə almadan belə hərəkət edə bilməzlər.
Fettel marşallardan icazə aldığını desə də, stüardlar bildirib ki, o, yarış idarəçilərindən heç bir icazə almayıb. Buna görə də 5 min avro cərimələnib.