Fettel: Biz alternativ mühərriklər haqqında düşünməliyik

Yalnız ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadə olunduğu Çempionlar Yarışı zamanı jurnalistlərin suallarını cavablandıran Sebastyan Fettel bildirib ki, ümumilikdə avtoidman daxiliyanma mühərriklərinə alternativlər üzərində düşünməlidir.

F-1.az xatırladır ki, F1 də ekologiya barədə düşünür və yeni mühərriklərlə ekoloji cəhətdən təmiz olan yanacaqlarla işləməyi qərara alıb…

Sebastyan Fettel: “Mən avtoidmanı sevirəm və gələcək haqqında çox düşünürəm. Gənc sürücülərimiz var, mənim uşaqlarım var və düşünürəm ki, avtoidmanı mənim kimi gəlmək və keçmək əsl imtiyaz idi. Nə zamansa bunu qadağan etsələr, çox təəssüflənərəm.

Çempionlar Yarışı əla, əyləncəli hadisədir, biz əla vaxt keçiririk. Ancaq Frederik Consonun (Çempionlar Yarışının Prezidenti) və onun bütün komandasının yarışı necə daha məsuliyyətlə keçirməyi düşündüyünü görmək çox xoşdur – bu, avtomobillərə və belə genişmiqyaslı tədbirin təşkilinə aiddir.

Hesab edirəm ki, bu, vacib və qaçılmazdır. İdmanımıza davam etmək və yarışa olan həvəsimizi yaşamaq istəyiriksə, alternativlər haqqında düşünməliyik. Biz irəliyə baxmalıyıq. Əks halda, bir-iki il daha adi həyat tərzimizi davam etdirə bilərik, sonra isə böyük problemlə üzləşəcəyik. Çempionlar yarışında insanların bu barədə düşündüyünü görmək çox xoşdur.

Aydındır ki, bu, yarışın növündən asılıdır, lakin tendensiya aydındır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*