Fettel: Ailə ilə vaxt hiss olunmadan keçir

Cümə günü Sebastyan Fettel Monako Qran Prisinə gələrək Formula1 padokuna qayıdıb və Bild müxbirlərinə peyda olmasının səbəbləri barədə danışıb.

F-1.az xatırladır ki, almaniyalı dördqat dünya çempionu keçən il karyerasını başa vurub…

Sebastyan Fettel: “Formula1-i darıxırdım, bu atmosfer üçün darıxırdım, amma bura gəlməyim buna görə deyil. Mən Stefano Domenikalinin dəvəti ilə buradayam.

Hadisələrin inkişafını hələ də maraqla izləyirəm, amma qəbul etdiyim qərara görə peşman deyiləm, hərçənd mübarizə və rəqabət hissləri hazırda mənə çatmır. Məndə hər şey qaydasındadır, ailəmlə vaxt keçirirəm və bu vaxt hiss olunmadan sürətlə keçir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*