Ferstappenin 26 yaşı tamam olub

Bu gün son iki ilin dünya şempionu olan, cari mövsümdə də üçüncü tituluna dorğu gedən niderlandlı sürücünün doğum günüdür.

Maks Emilyan Ferstappen 30 sentyabr, 1997-ci ildə Belçikada yarışçı ailəsində anadan olub – atası Yos Ferstappen də bir müddət F1-də yarışıb.

F1-də 2015-ci ildə Avstraliya Qran Prisində debüt edən gənc sürücü o vaxtdan bəri 179 yarışda start alıb. Bu yarışlardan 48-ni qələbə ilə başa vurub, 92 dəfə podiuma yüksəlib. 29 yarışa pouldan başlayan Maks çıxdığı yarışlardan 28-də sürətli dövrənin sahibi olub.

Karyerasına Toro Rosso-da başlasa da, 2016-cı ilin Barselona yarışından etibarən Red Bull-a keçib və ilk zəfərini də məhz bu yarışda əldə edib. Ən gənc start alan və qələbə qazanan sürücü ünvanını əlində saxlayır. 48 qələbəyə daha əvvəl çatmış 4 sürücüdən heç biri bu qədər gənc yaşda bu sayı əldə edə bilməyib.

2021-ci ilin son yarışının son dövrələrində drammatik və qalmaqallı qələbə qazanan Ferstappen ilk titulunu rəsmiləşdirib. Keçən mövsüm isə Yaponiya Qran Prisinin onu da təəccübləndirən nəticələri sayəsində ardıcıl ikinci çempionluğuna sevinib.

Maks hazırda davam edən çempionatda sona 6 yarış qalmış 400 xalla liderdir və ən yaxın izləyicisini 177 xal qabaqlayır. Gələn həftə qazanacağı cəmi 3 xal onu üçqat çempionlar siyahısına əlavə edəcək.

Maks Ferstappenin komandası Red Bull ilə müqaviləsi 2028-ci ilin sonunadək nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*