F-1.az xəbər verir ki, liveriya şir motivləri və Red Bull loqosuna əsaslanır, lakin lakin Nİderlandın bayrağına uyğun olaraq, ağ, qırmızı və mavi rənglər çoxluq təşkil edir. Dəbilqənin arxasında iki ulduzun təsviri peyda olub – onlar da Formula1-dəki titulların sayını göstərir.
Maks Ferstappen: “Yeni mövsüm qarşıdadır, ona görə də yeni dəbilqənin rəng çalarlarını təqdim edirəm. Gördüyünüz kimi, ötən illə müqayisədə cüzi dəyişikliklər olub. Dəbilqənin yan tərəflərində daha çox qırmızı və mavi rənglər var və ümumiyyətlə, dizaynı kiçik xətlərlə, lakin parıltı və əlavələr olmadan daha köhnə dövrə uyğun etmək qərarına gəldim. Keçmişə qayıdış kimi düşünün.
Dəbilqə yaxşı görünür, rəngləri bəyənirəm, həmçinin arxa tərəfində ikinci ulduzun əlavə edilməsi ilə bir az yeniləmə var. Gələcəkdə ulduzların sayını artırmağa ümid edirəm, amma hazırda əlimdə olanlardan razıyam. Ümid edirəm ki, bundan həzz aldınız. Mən işin nəticəsindən razıyam və ümid edirəm ki, bu dəbilqədə sürətli olacağam”.
New season, new helmet 🔥
For this year’s helmet I wanted to go back to the roots a bit more, with a more old-school design.
Looking forward to racing with this one 👌
Mini helmets are now available for pre-order on https://t.co/46lRXQtA7q 🔗 https://t.co/6Qz7ARmfid pic.twitter.com/YhadVuC5lE
— Max Verstappen (@Max33Verstappen) February 21, 2023