F-1.az xəbər verir ki, Red Bull sürücüsünün mədə problemi onu Səudiyyə Ərəbistanına uçuşunu gecikdirməyə məcbur edib, lakin Maks sosial şəbəkələrdən cümə günü trasda olacağını vəd edib.
Maks Ferstappen: “Bir neçə gün mədə problemlərinə görə formada deyildim, amma özümü artıq yaxşı hiss edirəm. Təəssüf ki, uçuşumu bir gün təxirə salmalı oldum, ona görə də cümə gününə qədər trasda olmayacağam. Ciddədə görüşənədək!”