Ferstappen super lisenziya üçün bir milyon avro ödəyəcək

Biz 2023-cü ildə start almaq üçün Formula1 komandalarının FİA-ya ödəməli olduğu üzvlük haqlarının məbləğini dərc etmişdik.

F-1.az xəbər verir ki, FİA-ya üzvlük haqları təkcə komandalar tərəfindən deyil, həm də sürücülər tərəfindən ödənilir – super lisenziya üçün.

Maliyyə reqlamentinə görə, 2023-cü il mövsümü üçün Formula1 super lisenziyasının baza qiyməti 10 400 avro təşkil edir. Bundan əlavə, sürücü 2022-ci ildə qazandığı hər xal üçün 2 100 avro ödəməlidir. Belə ki, ötən mövsüm 454 xal qazanan Maks Ferstappenin növbəti mövsüm üçün super lisenziyası 963,8 min avro dəyərində olacaq.

Ümumilikdə, bütün sürücülər 2023-cü il mövsümündə iştirak hüququ üçün FİA-ya 4 957 800 avro ödəyəcəklər.

Sürücü Xallar Super lisenziyanın dəyəri, avro
Maks Ferstappen 454 963 800
Şarl Lekler 308 657 200
Serxio Peres 305 650 900
Corc Rassell 275 587 900
Karlos Sayns 246 527 000
Lyuis Həmilton 240 514 400
Lando Norris 122 266 600
Esteban Okon 92 203 600
Fernando Alonso 81 180 500
Valtteri Bottas 49 113 300
Kevin Maqnussen 25 62 900
Pyer Qasli 23 58 700
Ləns Stroll 18 48 200
Yuki Tsunoda 12 35 600
Quanyu Çjou 6 23 000
Aleksandr Əlbon 4 18 800
Nik de Friz 2 14 600
Niko Hülkenberq 0 10 400
Oskar Piastri 0 10 400
Loqan Sarcent 0 10 400
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*