Ferstappen stüardların yanına çağırılıb

Qətər Qran Prisinin stüardları Maks Ferstappeni otaqlarına çağırıblar. Red Bull sürücüsü sıralanma turunda ikiqat sarı bayraqlar altında sürətini azaltmamaqda ittiham olunur.

F-1.az bildirir ki, stüardlar Maksın hansı məqamda bayraqlara məhəl qoymadığını dəqiqləşdirməyiblər, lakin görünür ki, söhbət sonda Pyer Qaslinin maşınında təkərin partlamasına görə fransalı sürücünün finiş düzlüyündə dayandığı zaman Ferstappenin onun yanından keçərək nəticəsini yaxşılaşdırmaqdan gedir. Araşdırma bazar günü yerli vaxtla saat 13:00-a (Bakı vaxtı ilə 14:00) təyin edilib. Əgər Ferstappen cərimələnsə, bu barədə yarışdan əvvəl xəbər tutacağıq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*