F-1.az xatırladır ki, niderlandlı sürücü keçən il Britaniyada Həmiltonla insident yaşamış və bariyerlərə çırpılmışdı. Gənc pilot bu qəzada 50G qüvvətə məruz qalmışdı.
Maks Ferstappen: “Məncə, Sebastyan insan olaraq çox yaxşı idi. Onunla karyeramın əvvəlində böyük mübarizəmiz olmuşdu. Ancaq onunla bağlı bir gözəl xatirəm var. Keçən il Silverstounda xəstəxanadan qayıdıb əşyalarımı götürəndə gördüm ki, Sebastyan məni gözləyir. Məndən vəziyyətimi soruşdu. Bu onun necə insan olduğunu göstərdi.
Onun Red Bull-da yeri ayrıdır. Gənc sürücü kimi gəlib idmanda çox uğur qazandı. Red Bull-da hələ də çoxlu dostu var. Çox adamın xəyal etdiyi karyerası oldu. Onun üçün həmişə darıxacağıq. Ona uğurlar arzu edirəm. Məncə, ən vacibi ailə ilə vaxt keçirməkdir. O yaxşı atadır. Hamıya nümunədir”.