Ferstappen Rikkardoya kömək etməyəcək

Red Bull komandasının sürücüsü Maks Ferstappen son yarışlarda komanda yoldaşı Rikkardodan çox geri qalsa da, növbəti yarışlarda ona dəstək verməyəcək.

F-1.az xatırladır ki, hollandiyalı sürücü son 5 yarışdan 10 xal topladığı halda, komanda yoldaşı Rikkardo 5 dəfə podiuma yüksələrək, 85 xal toplayıb. Avstraliyalı sürücü hazırda 19 yaşlı komanda yoldaşını 62 xal qabaqlayır. Rikkardo lider Fetteldən isə 64 xal geri qalır.

Kristian Horner: “Hazırda çempionluğu yox, bolidi gücləndirməyə fokuslanmışıq. Hər yarışa ayrı cür yaxınlaşırıq. Hazırda çempionatda mübarizəyə daxil ola biləcəyimizi düşünmürük. Hər yarışda əlimizdən gələni edərək, fərqi bağlamaq istəyirik.

Rikkardo 15-20 xal geridə olsaydı, onda fərqli hekayə olardı. Amma 64 xal fərq olduğu halda, komanda əmri tətbiq etmək çox pozitiv addım olar.

Ferstappen yaşına baxmayaraq, çox təcrübəli sürücüdür. Eyni problemləri kartinq dövründə də yaşadı. Bolidin davamlı güclənməsi məni cəsarətləndirir. Avstriyada bu cür traslardakı ən yaxşı performansımızı göstərdik. Bol döngəli ikinci sektorda Mercedes və Ferrari-yə nisbətən güclü performans göstərdik. Bu cəhətdən inkişafımızı görə bilərsiniz. Hər şey qaydasında getsə, ardıcıl 3 yarış da qazana bilərik. Sadəcə buna vaxt lazımdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*