F-1.az xatırladır ki, Helmut Marko da meksikalı sürücüyə titul barədə danışmağı dayandırmağı məsləhət görüb. Kanadada bu barədə suallar Maksa da yöndəldirilib.
Maks Ferstappen: “Vəziyyəti şərh etmək mənim üçün çətindir, çünki onun beynində nə baş verdiyini bilmirəm. Gəncliyimdə öyrəndim ki, istənilən vəziyyətdə diqqətinizi özünüzə yönəltmək və ixtiyarınızda olmayan şeylərə fikir vermədən mümkün olan ən yaxşısını etməyə çalışmaq daha düzgündür. Təsir edə bilməyəcəyiniz şeylər barədə düşünməyin mənası yoxdur – mən bu yanaşmaya əməl edirəm.
Mövsüm ərzində həmişə plana uyğun getməyən bir neçə yarış olur və siz geridə qalırsınız. Bu kimi vəziyyətlərdə diqqəti saxlamaq və avtomobildən maksimum fayda əldə etmək üçün mühəndislərlə işləmək vacibdir”.
Xatırladaq ki, Azərbaycan Qran Prisindən sonra ikili arasında 6 olan xal fərqi xüsusilə son iki yarışda xeyli artıb və hazırda 53 xala çatıb. Artıq heç kim bu nöqtədən sonra niderlandlı sürücünün titulu əldən verəcəyinə inanmır…