Ferstappen ötən mövsümdə ən pis 3 yarışından danışıb

Hər nə qədər niderlandlı sürücü möhtəşəm mövsüm keçirərək ikinci titulunu vaxtından xeyli əvvəl təmin etsə də, bütün yarışlar onun üçün heç də yaxşı sonluqla bitməyib.

F-1.az xəbər verir ki, Maks mövsümün əvvəlində Bəhreyn və Avstraliyada finiş görə bilməməsinə baxmayaraq, özü üçün mövsümün ən pis üç Qran Prisinin Monako, Silverstoun və Sinqapurdakı yarışlar olduğunu düşünür.

Xatırladaq ki, Moankodakı sıralanma turunda sürətli dövrəsində olarkən Peresin qəza etməsi nəticəsində yalnızca dördüncü ola bilmişdi və sonradan bu məsələnin komanda daxilində gərginliyə səbəb olduğu deyilir. Silverstoundakı yarışda qələbəyə iddialı olsa da, dağıntıların üstündən keçməsi maşının altlığının zədələnməsi ilə nəticələnmişdi. Sinqapurdakı həftəsonu isə onun ümumiyyətlə ürəyincə olmamışdı.

Maks Ferstappen: “Ən pis yarışlarım kimi Monako, Silverstoun və Sinqapuru seçərdim. Xüsusilə Sinqapurda bərbad həftəsonu keçirdim. Hər şey pis oldu. Cümə günü sazlanma, şənbə günü sıralanma turunda kifayət qədər yanacağın olmaması problemləri ilə qarşılaşdım. Yarış da pis idi. Bəzən belə həftəsonları yaşamalı oluruq. Sinqapur unudulamlı olanlardandır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*