F-1.az xəbər verir ki, Toto Volff bildirib ki, Rosberq və ya Həmilton komandaya zərər verəcək hərəkətlər eləsələr, komandadan qovulacaqlar.
Ondan başqa Rosberq 3 ildir ki, komanda yoldaşı Həmiltona məğlub olur və mövsümün sonunda komanda ilə müqaviləsi birir. Lyuis Həmilton isə daha çox şəxsi həyatı ilə gündəmə gəlir və bu hal komandaya zərər versə, Mercedes AMG onu komandadan göndərə bilər.
Toto Volff: “Maksın Formula1-də güclü karyerası olacaq. Əgər fürsətimiz olsa, onu transfer edəcəyik. Əgər etməsək, bu axmaqlıq olar. Amma hazırkı vəziyyətdə o alternativlər arasında deyil.
Maksın iki il ərzində göstərdiyi performansa təəccüblənmədim. Onun çox güclü olduğunu bilirəm
O sonrakı addıma hazırdır. Red Bull 2017-ci ildə onu transfer etməsə, təəccüblənərəm”.