F-1.az bildirir ki, bir müddət əvvəl McLaren Red Bull-un mütəxəssisinin gələn mövsümdən Britaniya komandasının düşərgəsinə keçdiyini rəsmən elan etmişdi.
Maks Ferstappen: “Məncə, bir çoxları onun getməsinin əhəmiyyətini şişirdir, bəzi KİV nümayəndələri də. Əslində o, indiki maşınımızın hazırlanmasında iştirak etməyib, daha çox gələcək layihələrdə – məsələn, 2026-cı il avtomobilində işləyib. Təbii ki, biz onu komandada saxlamağa üstünlük verərdik. Amma McLaren-də ona nə təklif edildiyini bilsəniz, onun orada yalnız bir neçə il qalacağı aydın olar. Düşünürəm ki, o, sonra balıq ovuna gedəcək!”