Ferstappen Leklerlə razı deyil

Maks Verstappen builki əsas rəqibi Şarl Leklerin Belçika Qran Prisində titul qazanmaq şansını itirdiyinə dair iddiasına münasibət bildirib.

F-1.az xəbər verir ki, niderlandlı sürücü monakolu rəqibinin çempionluq şansını daha erkən itirdiyini düşünür.

Maks Ferstappen: “Belçikada hər şey qaydasında idi, hər şey yerinə düşdü. Bəzən belə həftəsonları olur. Orada inanılmaz dərəcədə güclü idik. Lekler həmin həftə sonu titul şansını tamamilə itirdiyini söylədi? Düşünürəm ki, bu, Fransa Qran Prisində baş verib. Belə geriləmə ilə onsuz da mübarizəyə qayıtmaq onun üçün çətin idi. Hətta mən finiş xəttini ikinci və ya üçüncü keçsəydim belə, o andan sonra Ferrari üçün bütün yarışlarda qalib gəlmək onsuz da, çətin olacaqdı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*