F-1.az xəbər verir ki, niderlandlı pivə istehsalçısı yeni Player 0.0 oyun təşəbbüsü ilə gənc nəslin diqqətini cəlb edəcək.
Maks Ferstappen: “Niderlandlı olduğum üçün məşhur Niderland brendi Heineken ilə xüsusi münasibətim var. Məni yaxından tanıyanlar bilir ki, qətiyyətli rəftarla xarakterizə olunuram və bir yarışçı kimi özümə səhv etmək hüququ vermirəm. Buna görə də mən məsuliyyətli istehlakı təşviq etmək üçün “maşın sürərkən, heç vaxt içmə” kampaniyasına qoşulmaqdan məmnunam.
Həmçinin, həvəsli oyunçu və ehtiraslı e-spor yarışçısı kimi mən yeni Player 0.0 oyun təşəbbüsünün bir hissəsi olmaqdan məmnunam”.
Qeyd edək ki, Heineken eyni zamanda Red Bull ilə də əməkdaşlıq müqaviləsi bağlayıb.