F-1.az xəbər verir ki, rəsmi olaraq onun müqaviləsi yalnız 2028-ci ildə başa çatır, lakin paddokda uzun müddətdir ki, Maksın komandadakı mövcud vəziyyətdən narazılığının artdığı və onunla vaxtından əvvəl ayrıla biləcəyi barədə şayiələr dolaşır. Bununla belə, onun sözlərinə görə, o, yalnız emosiyalara güvənərək heç bir qərar qəbul etmək niyyətində deyil və hər şeyi diqqətlə ölçüb-biçmək niyyətindədir.
“Düşünürəm ki, hər şeydən əvvəl emosiyalara əsaslanaraq qərar qəbul etməmək vacibdir. Bu həmişə sizə qarşı çıxa bilər, – o, Formula.hu-ya müsahibəsində deyib. – Bundan əlavə, mən səbirli insanam və bu və ya digər səbəblərdən həddindən artıq narahat olmaq mənə xas deyil.
Əlbəttə ki, komandamızla çox uzun münasibətlərim var və mən bunu çox qiymətləndirirəm. Sədaqət çox vacib keyfiyyətdir, baxmayaraq ki, Formula1-də onun nümunələrini həmişə tapmaq olmur. Amma xoşbəxtlikdən məndə var – düşünürəm ki, komandamızda da var və bu da çox vacibdir”.
Deyilənlərə görə, Ferstappenin əhvali-ruhiyyəsinə təsir edən amillərdən biri Red Bull-un 2026-cı ildə öz istehsalı olan güc qurğularına keçməsidir. Hələlik onların etibarlılıq və səmərəlilik dərəcəsini proqnozlaşdırmaq mümkün deyil və Maks bundan narahat odluğunu gizlətmir. Bundan əlavə, Ədrian Nyui komandadan ayrılır və bir neçə əsas işçi, o cümlədən Audi komandasına rəhbərlik edəcək Conatan Uitli də komanda ilə vidalaşmağa qərar verib.
“Əsas mütəxəssislər komandada qalacaqmı? Öz istehsalımız olan mühərriklə bağlı layihəmiz nə qədər uğurlu olacaq? – deyə Ferstappen davam edib. – Mən ona çox inanıram, amma realist olmaq lazımdır. Rəqiblərimiz yüz ildir ki, mühərriklər istehsal edirlər, onların böyük təcrübəsi var. Baxmayaraq ki, əlbəttə, biz çoxlu yaxşı mütəxəssisləri işə götürmüşük.
Amma mən orta mövqe tutmağa üstünlük verirəm: həddindən artıq nikbin olmaq istəmirəm, amma açıq bədbin olmaq da istəmirəm. Sadəcə səbirli olmaq lazımdır. Perspektivlərimi qiymətləndirə bilməyim üçün bir çox amillər bir araya gəlməlidir. Onlar təkcə 2026-cı illə deyil, həm də daha uzaq gələcəklə bağlıdır – amma bu normaldır, məndə kifayət qədər səbir var”.