Məsələ ondadır ki, sıralanma turundan sonra Maks əvvəlcə öz maşınının, daha sonra Lyuis Həmiltonun maşınında arxa qanadın yuxarı elementinin elastikliyini yoxlayır.
Qaydalara görə, bu an maşın bağlı parkda sayılır və istənilən maşın FİA-nın texniki nümayəndəsi tərəfindən təftiş olunmayana qədər ona heç kim toxuna bilməz. Təftiş sonra belə maşına ancaq həmin komandanın rəsmi nümayəndələri toxuna bilərlər.
Maks yerli vaxtla saat 9:30-da (Bakıda 16:30) stüardların yanına çağırılıb…