F-1.az Niderlandın De Telegraaf nəşrinə istinadən xəbər verir ki, Maks qış fasiləsində intensiv məşq edib və altı həftə ərzində 10 kiloqram arıqlayıb. Sürücü zarafatla bildirib: “Özümə zərər verməyi sevirəm. Mövsüm ərzində çəkim normadan aşağı olur. Mövsüm başa çatdıqdan sonra 1 ay özümə istirahət və istədiyimi yeyib-içmək imkanı verirəm.
Avropa yarışları zamanı yeni motorhomda yaşayacam. Bu, mənə yarış həftəsonlarında diqqətimi cəmləməyə imkan verəcək. Bundan əlavə, səhərlər bir az daha yata bilərəm. Amma yenə də motorhomdan istifadə etməyimin əsas səbəbi məxfiliyi qorumaq imkanının çoxluğudur.