F-1.az xatırladır ki, Formula1-in yeni sahibləri istehsal xərclərini azaldaraq böyük komandalarla kiçik komandalar arasındakı güc balansına nail olmaq istəyirlər.
Jan Todt: “Ferrari və Mercedes 2021-ci ildəki dəyişikliklərdən sonra idmandan gedəcəklərini dedilər. Bu iki komandanın idmandan getməsinə məyus olaram. Xüsusən də Ferrari kimi çox böyük komandanın idmandan getməsi heç yaxşı olmaz. İndiyə kimi Formula1-in ayrılmaz hissəsi oldular və onlarsız çempionatı təsəvvür edə bilmirəm.
Təbii ki, bu ayrılıq Ferrari üçün də yaxşı olmaz. Məncə, onlar üçün də çətin proses olacaq, amma işin o hissəsi mənə maraqlı deyil. Görək nə olur. Ümid edirəm ki, idmanda qalarlar”.