Ferrari zavod komandasının heyətini açıqlayıb

Bu ildən Ferrari zavod komandası FİA Dünya Dözümlülük Çempionatında (WEC) LMH sinfində yarışacaq.

F-1.az xəbər verir ki, bu gün Scuderia-nın mətbuat xidməti Ferrari 499P hiperkarını idarə edəcək iki ekipajın tərkibini açıqlayıb.

50 nömrəli ekipajda Antonio Fuoko, Miqel Molina və Niklas Nilsen olacaqlar. 51 nömrəli ekipajda isə Alessandro Pyer Qvidi, Ceyms Kalado və Antonio Covinazzi yarışacaqlar, Antonio dözümlülük yarışlarını Formula1-də Ferrari komandasının ehtiyat pilotu rolu ilə birləşdirəcək.

Antonio Covinazzi: “Ferrari P499-un debütü şirkət tarixində çox əlamətdar bir an olacaq. Mən bu anın bir parçası olmaqdan qürur duyuram. Biz bilirik ki, üzərimizə böyük məsuliyyət düşür, lakin biz öz gücümüzü başa düşürük və ciddi sınaqlara hazırıq”.

Ferrari P499-un debütü martın əvvəlində yeni FİA WEC mövsümünün başladığı Amerikanın Sebrinqin trasında baş tutacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*