Ferrari yerindən tərpənmə məşqləri edib?

Ferrari komandası son iki yarışda yaşadığı start problemlərinə görə Mucelloda keçirilən çəkiliş günlərində start məşqləri edib.

F-1.az xatırladır ki, Bəhreyn yarışında Rəykkönen pis start alaraq, podium uğrunda mübarizədən uzaq qalmışdı. Amma problemlər bununla bitmədi. “Qırmızılar” Soçi yarışında 9 ildən sonra ilk dəfə birinci cərgədən start alsalar da, qırmızı işıqlar sönən kimi həm Rəykkönen, həm də Fettel Bottası irəli buraxaraq, 2-ci və 3-cü yeri tutmuşdular. Buna görə də italyan təmsilçisi zəif start problemini həll etmək üçün üsullar axtarır. İtaliya mətbuatının xəbərinə əsasən, Ferrari keçən həftə Mucelloda çəkiliş günü təşkil edib. Xəbərə görə, Fettel və Rəykkönenin iştirak etdiyi çəkiliş günü daha çox test gününə bənzəyib.

Reqlamentə əsasən, komandalar mövsüm ərzində iki dəfə çəkiliş günü təşkil edə bilərlər və bu günlərdə Pirelli-nin xüsusi nümayiş təkərləri ilə maksimum 100 k məsafə qət edə bilər.

Deyilənə görə, Ferrari Rusiyada qələbənin itməsinə gətirib çıxaran start problemini həll etmək üçün yerindən tərpənmə testləri edib. İtalyanlar bu barədə heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, Ferrari hazırda Mühəndislər Kubokunda lider Mercedes-dən sadəcə bir xal geridə qalır…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*