Ferrari yenilikləri bu həftə gətirir

Ferrari komandası Macarıstana aparmağı planlaşdırdığı yenilikləri bu həftəsonu Avstriyaya gətirəcək.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümün ilk yarışına Barselona testlərindəki maşınla çıxıb və poul alan Mercedes-dən 1 saniyə geridə qalıb.

Ferrari Barselona testlərində SF1000-in aerodinamikasında problemi tapmışdı və paketə yeniliklər gətirməkdənsə, konsept dəyişikliyinə fokuslanmışdı. Bu yeniliklərin isə mövsümün üçüncü yarışı olan Macarıstana aparılacağı planlaşdırılırdı.

Lakin ilk yarışdakı fiaskodan sonra Ferrari yeniliklərin əksəriyyətini bu həftəsonu Styrian Qran Prisinə gətirəcək. Komanda bu yeniliklərlə 1 saniyəlik fərqi bağlamağı gözləmir, amma ən azından sıralanma turunda bir neçə saniyə qabağa gedə bilərlər. Bununla da komanda eyni trasda iki fərqli paketi test edə biləcək.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*