F-1.az xatırladır ki, Proqramlaşma təminati ilə məşğul olan Amerikanın Genesys şirkəti Scuderia Ferrari komandasının yeni tərəfdaşıdır. Genesys loqoları Şarl Lekler və Karlos Sainz-in bolidlərində həmçinin Ferrari-nin Dünya Dözümlülük Çempionatının hiperkarlarında nümayiş olunacaq.
Komandanın idarəedici direktoru Benedetto Vinya bu barədə fikirlərini bölüşüb: “Biz çox şadıq ki, Genesys komandanın və Ferrari-nin dözümlülük proqramının tərəfdaş qismində qoşuldu.
Bu şirkət texnoloji liderliyə, eyni zamanda bizim kimi davamlı təkmilləşdirmə və tərəqqi yanaşmasına sadiqdir. Düşünürəm ki, bizneslərimizin sinerjisi hər iki tərəfə böyük fayda verəcək”.