Ferrari yeni tərəfdaş tapıb

Ferrari komandası Harman Automotive ilə tərəfdaşlıq müqaviləsi bağlayıb.

F-1.az xatırladır ki, “qırmızılar” Genesys-dən sonra yenə də sponsor tapıblar. Harman Automotive təkmilləşmiş elktronika texnologiyası və ən yaxşı hala gəlmiş maşıniçi müştəri təcrübəsinə fokuslanan qurumdur.

Müqavilənin detalları barədə məlumat yoxdur. Şirkətin loqotiplərinin harada yerləşdiriləcəyi də müəmmalıdır. Ancaq Ferrari-nin açıqlamasına görə bu şirkət həm yol maşınlarında, həm də avtoidman bölməsində işləyəcək.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*